Qarabağın qan yaddaşı, Ağdam Yeni Gündəm | Icma.az
Yenigundem saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ağdam rayonu Ağcabədi, Tərtər, Bərdə, Kəlbəcər Əsgəran və Xocavənd həmçinin, Füzuli rayonları ilə həmsərhəddir.
Ərazisi 1,15 min kv km, əhalinin sayı isə 204,0 min nəfərdir (01.01.2020). Rayon kimi yaranma tarixi 08.08.1930-cu il.
Ağdam rayonunda 1 şəhər, 2 qəsəbə (Quzanlı, Açarlı) 123 kənd vardı.
Kəndləri bunlardır – Eyvazlı, Bağbanlar, İsmayılbəyli, Muğanlı, Pirzadlı, Saybalı, Baş Güneypəyə, Boyəhmədli, Qızıl Kəngərli, Mollalar, Salahlı Kəngərli, Sofulu, Çəmənli, Sarıcalı, Şükürağalı, Əfətli, Hacıməmmədli, Hacıturalı, Həsənxanlı, İsalar, Küdürlü, Qəhrəmanbəyli, Məmmədbağırlı, Əhmədağalı, Çıraxlı, Kolqışlaq, Mirəşelli, Əlimədətli, Cinli, Əliağalı, Xaçındərbətli, Kürdlər, Qalayçılar, Mollalar, Göytəpə, Abdınlı, Cavahirli, Kosalar, Gülablı, Abdal, Əhmədavar, Xındırıstan, Baharlı, Bəybabalar, Birinci Yüzbaşılı, Dadaşlı, İkinci Yüzbaşılı, Kəlbəhüseynli, Paşabəyli, Sarıçoban, İmamqulubəyli, Çullu, Kəngərli, Qaraqaşlı, Şirvanlı, Qaradağlı, Evoğlu, Rzalar, Qasımlı, Qaradağlı, Qurdlar, Poladlı, Şelli, Baş Qərvənd, Ayaq Qərvənd, Qazançı, Şıxlar, Qiyaslı, Ətyeməzli, Keştazlı, Maqsudlu, Çullu, Eyvazxanbəyli, Şahbulaq, Salahsəmədlər, Şişpapaqlar, Talışlar, Təpəməhlə, Tərnöyüt, Tükəzbanlı, Məlikli, Orta Qərvənd, Güllücə, İlxıçılar, Suma, Tağıbəyli, Xatınbəyli, Xıdırlı, Çuxurməhlə, Mərzili, Nəmirli, Şoltanlı, Şuraabad, Təzəkənd, Umudlu, Novruzlu, Orta Güneypəyə, Papravənd, Ballar, Sarıcalı, Qarazeynallı, Qullar, Seyidli, Bozpapaqlar, Sarıhacılı, Sırxavənd, Ballıqaya, Bəşirlər, Qaraşlar, Şıxbabalı, Muğanlı, Üçoğlan, Alıbəyli, Baharlı, Qarapirimli, Böyükbəyli, Kiçikli, Orta Qışlaq, Yeni Qaralar, Mahrızlı, Yusifcanlı, Zəngişalı, Yusifli.
Rayonun mərkəzi olan Ağdam Bakıdan 362 km məsafədə, Qarqar çayının sahilindən 3 km aralı, Qarabağ düzünün cənub-qərbindədir.
Ermənistanın separatçı hakimiyyəti bəzi xarici dövlətlərin yaxından köməyi, bilavasitə iştirakı ilə Şuşa, Laçın, Kəlbəcər rayonlarını işğal etdikdən sonra Ağdamı hədəf seçdi.
Ermənilər bu rayonu da ələ keçirmək üçün irimiqyaslı hücum əməliyyatlarına başladılar.
Tam oxu
Xəbəri oxu