“Qarabağ“ın qapıçısı 4 6 aylıq sıradan çıxıb

19.12.2025

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Qarabağ"ın bud-çanaq oynağından əməliyyat olunan qapıçısı Şahruddin Məhəmmədəliyevin müalicə-bərpa müddəti bəlli olub.

Bu barədə Moderator.az-a Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Qolkiper 4–6 ay müddətinə yaşıl meydanlardan kənarda qalacaq.

Ötən gün Misli Premyer Liqasının I turundan təxirə salınan "Sabah"la matçda zədələnən yarımmüdafiəçi Joni Montiel isə arxa bud əzələsinin gərilməsi səbəbindən müalicə olunur. Onun yaşıl meydanlara qayıdışı 7–10 gün ərzində gözlənilir.

Komandanın digər üzvü Kadi Borqes isə bərpa prosesinin növbəti mərhələsi olaraq yanvarda fərdi məşqlərə başlayacaq.

Hər üç futbolçunun müalicə prosesi "Qarabağ"ın tibbi heyətinin nəzarəti altında davam edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью