“Qarabağ”ın qapıçısı “Borussiya Dortmund”dan təklif alıb? AÇIQLAMA

17.10.2025

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Qarabağ” klubunun polşalı qapıçısı Mateuş Koxalski Almaniyanın “Borussiya Dortmund” klubundan təklif alması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

25 yaşlı qolkiper Teleqraf-a açıqlamasında xəbəri nə təkzib, nə də təsdiq edib:

“Mediada bu barədə xəbərlər çıxıb. Amma mən bunun doğru, ya da yanlış olduğunu deyə bilməyəcəyəm. Təəssüf ki, bu mövzuda danışa bilməyəcəyəm”.

Qeyd edək ki, Mateuş Koxalski 2024-cü ilin yayından “Qarabağ” klubunun şərəfini qoruyur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью