“Qarabağ”ın qapıçısı Buntiç mümkün gedişlə bağlı şayiələri şərh edib

25.01.2026

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Ağdamın “Qarabağ” klubunun qapıçısı Fabian Buntiç oyun praktikasının az olması səbəbindən komandadan mümkün ayrılıqla bağlı yayılan şayiələrə münasibət bildirib.

İdman.Biz xəbər verir ki, qolkiper nadir hallarda meydana çıxdığını etiraf edib, lakin buna baxmayaraq, işinə tam gücü ilə davam etdiyini vurğulayıb.

“Doğrudan da oyun praktikam azdır, nadir hallarda meydana çıxıram. Hər futbolçu kimi mən də daha tez-tez oynamaq istərdim. Yaxşı formada olmaq üçün daha çox matça ehtiyac var. Amma buradayamsa, komandanın uğurları naminə işləməliyəm. ‘Qarabağ’a faydalı olmaq üçün əlimdən gələni edirəm və tam gücümlə çalışmağa davam edəcəyəm”, - deyə Buntiç bildirib.

Yayda vəziyyət dəyişməzsə, klubdan ayrılma ehtimalı ilə bağlı suala cavab verən qapıçı isə hazırda bu barədə düşünmədiyini qeyd edib.

“İndi nəsə demək çətindir. Zaman hər şeyi göstərəcək. Mövsümün sonuna hələ çox var. Mən yalnız qarşıdakı oyunları düşünürəm və diqqətimi onlara yönəltmişəm. Məqsədim ‘Qarabağ’a fayda verməkdir və bunun üçün bütün gücümlə çalışıram”, - deyə o əlavə edib.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью