sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Bodo-Qlimt"in qapıçısı Nikita Xaykin UEFA Çempionlar Liqasının əsas mərhələsində seyvlərin sayına görə ən yaxşı qapıçı seçilib. Sport24.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Mənbənin sözlərinə görə, qolkiper səkkiz oyunda 49 seyv edib. Bu reytinqdə ikinci yerdə "Real"ın belçikalı "çərçivə qoruyucusu" Tibo Kurtua (41) qərarlaşıb, "Marsel"in argentinalı qapıçısı Jeronimo Rulli və "Kayrat"ın qolkiperi Temirlan Anarbekov 36 seyvlə 3-4-cü yerləri bölüşürlər.
Növbəti yerdə "Slaviya"nın çexiyalı qapıçısı Jindriç Stanek (34) qərarlaşıb. Hər biri 30 seyv edən üç qapıçı var. Bunlar "Qarabağ"ın polşalı qapıçısı Mateuş Koxalski, "PSV Eyndhoven"in "1 nömrə"si Matey Kovar və "Kopenhagen" xorvatiyalı qolkperi Dominik Kotarskidir. Bu göstəriciyə görə ilk "10-luğ"u "Nyukasl"dan Nik Poup (28) və "Benfika"nın qapıçısı Anatoli Trubin (27) tamamlayır.