Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün Liqa mərhələsində ən çox seyv edən qapıçıların adları sırasında “Qarabağ”ın qapıçısı Mateuş Koxalski də var.
İdman.Biz UEFA-nın statistik hesabatına istinadən xəbər verir ki, Norveçin “Bodo-Qlimt” klubunun qapıçısı Nikita Haykin ən çox seyv edən futbolçu kimi qeydə alınıb. Qolkiper keçirdiyi səkkiz oyunda ümumilikdə 49 qurtarış edib və bu göstərici ilə bütün qapıçılar arasında birinci olub.
“Real Madrid”inin qapıçısı Tibo Kurtua 41 seyvlə reytinq sırasında ikincidir. İlk üçlüyü 36 seyvlə “Marsel”in qapıçısı Xeronimo Rulli və “Kayrat”ın qapıçısı Temirlan Anarbekov bağlayır.
Daha sonra 34 qolla “Slaviya”nın qapıçısı İndrix Stanek, 30 qolla “Qarabağ”ın qapıçısı Mateuş Koxalski, PSV-dən Matey Kovarj və “Kopenhagen”in qapıçısı Dominik Kotarski gəlir.
İlk onluğu 28 seyvlə “Nyukasl”ın qapıçısı Nik Poup və 27 seyvlə “Benfika”dan Anatoli Trubin bağlayır.