“Qarabağ”ın qapıçısı millidə

26.10.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qarabağ”ın qapıçısı Martin Zlomisliç Bosniya və Herseqovina milli komandasının heyətinə dəvət alıb.

Futbolpress.az xəbər verir ki, yığmanın baş məşqçisi Sergey Barbarez 28 yaşlı qolkiperi UEFA Millətlər Liqasının qrup mərhələsinin son iki turu üçün açıqladığı 26 kişilik heyətə daxil edib.

Əsas qapıçı Nikola Vasil zədə səbəbindən kənarda qaldığı üçün Barbarez Zlomisliçlə yanaşı Salka Hamziç (“Tirol”) və Mladen Yurkasa (“Borats”) şans verib. Əvvəllər də milliyə çağırılan və ümumilikdə 6 görüşdə çərçivəni qoruyan “Qarabağ”ın üzvü, son olaraq oktyabrın 5-də Polşaya 1:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada da əsas heyətdə meydanda olub.

Dörd turdan sonra 8 xalla qrupda məğlubiyyətsiz addımlayan Bosniya və Herseqovina seçməsi noyabrın 14-də səfərdə İsveçlə, noyabrın 17-də isə Zenitsada Rumıniya ilə üz-üzə gələcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью