“Qarabağ”ın qara zolağı: Ardıcıl 4 məğlubiyyət | Icma.az
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır. “Qarabağ” uğursuzluq zolağına düşüb.
İdman.biz xəbər verir ki, Qurban Qurbanovun komandası son 4 oyunda məğlub olub.
Ağdam klubu Avropa Liqasında FCSB və “Olimpiakos”a, Misli Premyer Liqasında “Turan Tovuz”la “Zirə”yə uduzub.
Bununla da komanda mövsümdə ilk dəfə ardıcıl iki çempionat görüşündən xalsız ayrılıb.
Məğlubiyyət seriyası 4-ə çatan “Qarabağ” arxa xətdəki nöqsanları ilə də diqqət çəkir. Uduzulan 4 matçın üçündə ağdamlılar 3 top buraxıb.
Son iki görüşdə də belə hal yaşanıb. Bir sözlə, ardıcıl iki dəfə, hər ikisi səfərdə olmaqla 3 qola üzülüb.
Ümumiyyətlə, 2025-ci ili “Qarabağ”ın qapı və müdafiəsindəki problemləri üzə qoyub.
Keçirdiyi 5 oyunda 1 qələbə qazanan və 4 dəfə uduzan Qurbanovun komandası qalib gələndə də 2 top buraxıb.
Tam oxu
Xəbəri oxu