“Qarabağ”ın qələbə şansı var” Kərimov

27.11.2024

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Qarabağ” sabah UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində növbəti matçına çıxacaq.

Bu dəfə rəqib Fransanın köklü klublarından biri “Lion”dur. “Atlılar” bu mövsüm Avropa Liqasına uğurlu başlanğıc götürə bilməsə də sonuncu “Bodo-Qlimt” üzərində qələbə qazanmaqla, növbəti mərhələyə adlamaq şansını artırdı.

Təcrübəli mütəxəssis Aslan Kərimov tərəflərin şanslarını dəyərləndirərək “Futbolpress”ə fikirlərini bölüşdü:

“Komandalar ilk dəfə qarşı-qarşıya gələcəklər. Hesab edirəm ki, matçın keyfiyyəti yüksək olacaq. Çünki “Lion”un heyətinə baxası olsaq, Lakazette, Nemanya Matiç kimi ulduz futbolçuları var. “Lion” zəif heyətlə Bakıya gəlməyəcək. Amma “Qarabağ”ın qələbə şansı var. “Lion”un “Reyms”lə oyununu (1:1) izləmişəm. Onların da əsas fəlsəfəsi dominantlıq, topla daha çox oynamaqdır. Belə bir oyun nümayiş etdirən komanda üçün isə əks-hücumlar həmişə təhlükəli olur. Necə ki, “Qarabağ”ın “Dinamo” (Zaqreb) və “Malmo” ilə oyunlarında topa daha çox sahib olmasına baxmayaraq, əks-hücumlarda çətinə düşdüyünü görürdük. Bu üzdən də inanmıram ki, “Lion” qapalı futbol nümayiş etdirsin. Onlar burada da dominat oynamağa çalışacaqlar. Belə olduğu halda isə bizim həmlələrimiz təhlükəli ola bilər. Çünki həm Olavio Juninyo, həm də Leandro Andrade çox sürətli futbolçulardır. Digər tərəfdə isə Yassin Benzya və Abdullah Zubir kimi ötürmə verə bilən oyunçular var. Rəqibin təzyiqindən çıxdığımız halda əks-hücumlar yarada bilərik. Fəqət müdafiədə də çox diqqətli olmalıyıq. “Lion”un “Beşiktaş”a məğlubiyyətinə baxanda görürük ki, “qara qartallar” müdafiədə çox yaxşı və kompakt oynayırlar. Bu baxımdan biz də kompakt şəkildə çıxış edə bilsək və bir az da bəxtimiz gətirsə, qələbə qazana bilərik. Sonunu matçlarda “Lion”un çoxlu qol epizdoları yaradıb, dəyərləndirə bilməməsi də fakt olaraq qalır”.

Əsas xəbərlər, Manşet, Ölkə futbolu Qurban Qurbanov: “Rəqib haqda çox məlumat verməyi xoşlamıram”

27 Noyabr 2024, 13:40

Əsas xəbərlər, Premyer liqa “Turan Tovuz” – “Neftçi” oyununun vaxtı bilindi

27 Noyabr 2024, 11:50

Əsas xəbərlər, Ölkə futbolu “Qarabağ”ın Şamaxı səfərinin vaxtı məlum oldu

27 Noyabr 2024, 11:40

Əsas xəbərlər, Ölkə futbolu “Lion”un iki hücumçusu “Qarabağ”la oyunda olmayacaq

27 Noyabr 2024, 8:38

Əsas xəbərlər, Manşet, Ölkə futbolu Fransızlarla 9-cu duel

27 Noyabr 2024, 8:01

Əsas xəbərlər, Ölkə futbolu Benzia “Lion”la oyundan danışdı

26 Noyabr 2024, 17:37

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью