Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Qarabağ"ın qış hazırlıq planı müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ağdam təmsilçisinin mövsümün ikinci hissəsinə hazırlığı iki mərhələdən ibarət olacaq.
Misli Premyer Liqasının XVI turunun “Qəbələ” ilə dekabrın 21-də baş tutacaq oyunundan sonra istirahətə buraxılacaq futbolçular 2026-cı ilin yanvarın 3-də bir araya gələcəklər. Hazırlıq prosesinin Bakıda gerçəkləşəcək hissəsi yanvarın 10-dək davam edəcək.
“Qarabağ” yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərində yerləşən Belek bölgəsindəki “Gloria Sports Arena”da təlim-məşq toplanışını davam etdirəcək.
Komanda toplanış çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayacaq. Qarşılaşmaların yanvarın 12-də və 16-da keçirilməsi planlaşdırılıb. Rəqib komandaların adları müəyyənləşdikdən sonra bu barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, "Qarabağ" yeni ildə ilk rəsmi matçını yanvarın 21-də UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Ayntraxt”a qarşı keçirəcək.
II liqada 13-cü tura yekun vurulacaq Əlimyandıda günah keçisi axtarılır: Samir Abasova oxşamasın 10-cu ukraynalı: “Neftçi”nin 33-cüsü "Sumqayıt"ın yarımmüdafiəçisi Premyer Liqada 100-cü oyununu keçirib Azərbaycan Premyer Liqasında 18 ildən sonra ilkə imza atılıb