Qarabağın qış hazırlıq planları və rəqibləri açıqlandı

23.12.2024

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qarabağ”ın qış hazırlıq planları bəlli olub.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda 2024/25 mövsümünün ikinci yarısına hazırlığı Bakıda keçirəcək.

Misli Premyer Liqasının XVIII turunun “Araz-Naxçıvan”la dekabrın 22-də baş tutan oyunundan (2:0) sonra istirahətə buraxılan futbolçular 2025-ci ilin yanvarın 3-də bir araya gələcəklər. Komandanın hazırlıq prosesi “Azersun Arena”dakı təlim-məşq bazamızda baş tutacaq.

Bakıdakı toplanış çərçivəsində iki yoxlama oyunu keçiriləcək. Ağdamlılar yanvarın 9-da “Kəpəz”, üç gün sonra “Zirə” ilə üz-üzə gələcək.

Qeyd edək ki, mövsümün ikinci yarısı yanvarın 17-19-da keçiriləcək XIX turun matçları ilə başlayacaq.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью