Icma.az, futbolpress-az saytına istinadən bildirir.
“Qarabağ” avrokuboklarda üç oyundur, qol vura bilmir.
Futbolpress.az xəbər verir ki, Avropa Liqasında Bolqarıstanın ÇSKA komandaları ilə duellərdə fərqlənə bilməyən “atlılar”ın uğursuzluğu “Dinamo” ilə matçda da davam edib.
Konfrans Liqasında III təsnifatda Kiyev təmsilçisinə 0:1 hesabıyla uduzan “Qarabağ” məğlubiyyətə baxmayaraq, növbəti mərhələ şanslarını saxlayıb. Tərəflər arasındakı cavab matçı avqustun 13-də Bakıda olacaq.
Cütün qalibi növbəti turda böyük ehtimalla “Tvente” ilə qarşılaşacaq. Niderland təmsilçisi III təsnifatda Slovakiyanın DAK komandasından 6:0 hesabıyla üstün olub.