Qarabağın rəqibi 3 xalı 3 qolla qazanıb

23.11.2024

Icma.az, sport24.az saytına istinadən bildirir.

Avropa Liqasının Liqa fazasında "Qarabağ"ın rəqiblərindən olan "Elfsborq" yoxlama görüşündə qüvvəsini sınayıb. Sport24.az xəbər verir ki, İsveç təmsilçisi yerli "Yurqorden"lə üz-üzə gəlib. Qarşılaşma "Elfsborq"un 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Sarı-qaralar"ın qollarını Emil Holten, Maykl Baydu və Lüdviq Rixtner vurub.

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasında "Elfsborq"la dekabrın 13-də səfərdə qarşılaşacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью