Qarabağın rəqibi 6 qollu oyundan 1 xalla ayrıldı

04.11.2024

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsindəki rəqiblərindən olan "Bodo Qlimt" Norveç çempionatında 27-ci tur oyununa çıxıb.

QOL.az xəbər verir ki, komanda səfərdə "Molde" ilə qarşılaşıb. Matçda 6 qol vurulsa da, qalib müəyyənləşməyib - 3:3.

"Bodo Qlimt"in heyətində Ulrik Saltnes və Frederik Byorkan fərqlənib. "Bodo Qlimt"in hesabına yazılan 3-cü qolu isə "Molde"nin futbolçusu Kasper Oyvann öz qapısına vurub.

Qeyd edək ki, hazırda turnir cədvəlində "Bodo Qlimt" 55 xalla liderdir. 48 xala malik "Molde" isə 4-cü yeri tutur. 

Xatırladaq ki, noyabrın 7-də "Aspmira" stadionunda keçiriləcək "Bodo Qlimt" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Norveç çempionatı, 27-ci tur

"Molde" - "Bodo Qlimt" - 3:3

Qollar: Ola Brinhildsen, 16, 28, Emil Breyvik, 71 - Ulrik Saltnes, 37, Frederik Byorkan, 58, Kasper Oyvann, 64-avtoqol. 

"Aker" stadionu.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью