Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Qarabağ" Avropa Liqasındakı rəqibi FCSB Rumıniya çempionatında 4-cü turdan təxirə salınmış oyununa çıxıb.
QOL.az xəbər verir ki, Buxarest təmsilçisi səfərdə "Botoşani" ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.
Meydan sahibləri 90+8-ci dəqiqədə Zoran Mitrovun vurduğu qolla qələbə qazanıblar.
FCSB hazırda 16 turdan sonra 24 xalla 6-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, FCSB "Qarabağ"la Avropa Liqasının Liqa mərhələsinin 6-cı turunda, gələn il yanvarın 23-də Bakıda qarşılaşacaq.