“Qarabağ”ın rəqibi Belçika yığmasının oyunçusunu transfer etdi

02.09.2025

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki rəqibi “Benfika” heyətinə yeni futbolçu cəlb edib.

Futbolpress.az xəbər verir ki, Portuqaliya nəhəngi Belçika millisinin üzvü Dodi Lukebakionu transfer edib. 27 yaşlı hücumçu “Sevilya”dan 20 milyon avro qarşılığında alınıb və onunla 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.

“Benfika” futbolçunun sərbəstqalma qiymətini 50 milyon avro olaraq müəyyənləşdirib.

Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsinin I turunda səfərdə “Benfika” ilə qarşılaşacaq. Görüş sentyabrın 16-da baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью