“Qarabağ”ın rəqibi böhran yaşayır: ardıcıl 3 cü xal itkisi!

24.09.2025

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünən İspaniya çempionatında 6-cı tur start götürüb. “Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsindəki rəqiblərindən “Atletik” də meydana çıxıb. Bilbao klubu evdə aşkar autsayder “Jirona”nın müqavimətini qıra bilməyib – 1:1. Baskların sonuncu dəfə 3-cü turda səfərdə “Betis”i məğlub etdiyini, ardından “Alaves”lə “Valensiya”ya uduzduğunu da xatırladaq. Son üç turda qələbəyə həsrət qalan "Atletik" hazırda 10 xalla 5-ci pillədə qərarlaşıb. “Qarabağ” bu komanda ilə oktyabrın 22-də səfərdə qarşılaşacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью