Qarabağın rəqibi braziliyalını icarəyə götürmək istəyir

07.01.2025

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

"Qarabağ"ın Avropa Liqasında rəqibi "Olimpiakos" heyətini "Mançester Yunayted"in yarımmüdafiəçisi Antoni ilə gücləndirə bilər. Sport24.az xəbər verir ki, bu barədə jurnalist və insayder Florian Plettenberq sosial şəbəkə hesabında yazıb.

Məlumata görə, Yunanıstan klubu futbolçunu icarəyə götürülməklə bağlı qarşı tərəflə danışıqlar aparır.

Qeyd edək ki, braziliyalı bu mövsüm bütün turnirlərdə 13 matçda iştirak edib və 1 qol vurub. 24 yaşlı futbolçunun "Mançester Yunayted"lə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью