“Qarabağ“ın rəqibi əsas futbolçularından birini itirə bilər FOTO

02.02.2026

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

"Arsenal" klubu İtaliya millisinin və "Nyukasl Yunayted"in futbolçusu Sandro Tonalini transfer etmək istəyir.

Moderator.az xəbər verir ki, bu barədə tanınmış insayder Florian Plettenberq informasiya yayıb.

Məlumata görə, London təmsilçisi 25 yaşlı yarımmüdafiəçiyə ilkin təklif göndərib, lakin qarşı tərəf bunu rədd edib.

Sandro Tonali 2023-cü ilin yayından "Nyukasl Yunayted"da çıxış edir. Yarımmüdafiəçinin "Nyukasl Yunayted" ilə 2028-ci ilin yayına kimi müqaviləsi var.

Xatırladaq ki, fevralın 18-də UEFA Çempionlar Liqasının play-off mərhələsində "Qarabağ" "Nyukasl Yunayted"ə qarşı ilk görüşünü keçirəcək. Cavab matçı isə fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə baş tutacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью