“Qarabağ”ın rəqibi evdə uduzdu

23.11.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən “Ayaks” Niderland çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, Amsterdam təmsilçisi XIII turda azarkeşləri önündə “Ekselsior”la qarşılaşıb. Matç qonaqların qələbəsiylə başa çatıb – 2:1.

“Ayaks”ın yeganə qolunu Kasper Dolberq vurub.

Amsterdam klubu liqada 20 xalla 4-cü sıradadır.

“Qarabağ” “Ayaks”ı VI tur çərçivəsində dekabrın 10-da Bakıda qəbul edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью