Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Şotlandiyalı müdafiəçi Endryu Robertson “Liverpul”dan ayrıla bilər.
Futbolpress.az xəbər verir ki, “Tottenhem” 31 yaşlı cinah oyunçusunun xidmətində maraqlıdır. Bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Robertsonun klubla müqaviləsi mövsümün sonunda başa çatır. Son dönəmlərdə az şans qazanan müdafiəçinin “Liverpul”dan ayrılması böyük ehtimaldır.
“Liverpul” Çempionlar Liqasında yanvarın 29-da “Qarabağ”la qarşılaşacaq.