Icma.az, Idmanxeber.az portalına istinadən məlumat verir.
“Liverpul” müdafiəçisi İbrahima Konate ilə yeni müqavilə imzalayacaq.
İdmanxeber.az “The Sun”a istinadən xəbər verir ki, klub 26 yaşlı futbolçu ilə razılığa gəlib və anlaşma yaxın günlərdə rəsmiləşəcək.
Konate 2021-ci ildən “Liverpul”da çıxış edir. Qeyd edək ki, Mersisayd təmsilçisi Çempionlar Liqasında “Qarabağ”ın rəqibidir və yanvarın 28-də Ağdam klubunu qəbul edəcək.