“Qarabağ”ın rəqibi futbolçusunu ruslara satdı

06.09.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən “Napoli” futbolçusu Matiya Popoviçi satıb.

Futbolpress.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi ÇSKA-ya keçib. Bu barədə Rusiya klubunun mətbuat xidməti məlumat yayıb. Serbiyalı futbolçu Moskva təmsilçisi ilə 3 illik müqavilə imzalanıb.

“Qarabağ” “Napoli” ilə Çempionlar Liqasının Liqa mərhələsində V turda İtaliayda üz-üzə gələcək. Matç noyabrda baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью