Icma.az, Idmanxeber.az saytına istinadən bildirir.
“Kristal Pelas”ın müdafiəçisi Maksens Lakrua karyerasını İngiltərədə başqa klubda davam etdirə bilər.
İdmanxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu ilə “Liverpul” maraqlanır. Transferin gələn yay baş tutması gözlənilir.
25 yaşlı Lakruanın “Kristal Pelas”la müqaviləsi 2029-cu ilin iyununda başa çatır. O, cari mövsümdə 11 oyuna çıxıb və 1 asistlə yadda qalıb.
Qeyd edək ki, “Liverpul” UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindəndir.