“Qarabağ”ın rəqibi hücumçusunu “Liverpul”a satır İdmanXəbər

26.11.2024

Icma.az, Idmanxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Lion”un hücumçusu Malik Fofana karyerasını İngiltərədə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik ciddi maliyyə sıxıntısı yaşayır. 19 yaşlı futbolçunun transfer dəyəri 15 milyon avrodur. Oyunçunun xidmətində “Liverpul” klubu maraqlıdı.

Onun klubu ilə müqaviləsi 2028-ci ilin yayında başa çatacaq. Fransa klubu Avropa Liqasının 5-ci turunda, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan çempionu ilə qarşılaşacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью