Qarabağın rəqibi ilk transferini reallaşdırıb

05.01.2025

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avropa Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olan Rumıniya FKSB qış fasiləsində ilk transferini reallaşdırıb. Sport24.az xəbər verir ki, Rumıniya klubu vaxtilə "Cenoa", "Livorno", "Peruca" kimi klubların qapısını qorumuş Lukaş Zima ilə anlaşıb. Bu barədə klubun mətbuat xiudməti məlumat yayıb.

Çexiyalının müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

"Qarabağ" - FKSB matçı yanvarın 23-də Bakıdakı Tofiq Bəhramov adına stadionda keçiriləcək və görüşə saat 21:45-də start veriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью