“Qarabağ”ın rəqibi kim olacaq?

10.07.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Dünən Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Şelburn” - “Linfild” oyunu da keçirilib. Oyun meydan sahibinin – İrlandiya təmsilçisinin qələbəsi ilə başa çatıb.
“Football-plus.az” xəbər verir ki, favorit sayılan “Şelburn” Ademipo Odubekonun 58-ci dəqiqədə vurduğu qolla qələbə qazanıb. 3665 nəfərin izlədiyi, Dublində keçirilən oyunda dominantlıq edən meydan sahibləri qapıya 18 zərbə vurub, bunların 5-i “çərçivə”yə gedib. Təbii ki, 1:0 hələ işin bitməsi anlamına gəlmir, cavab görüşündə istənilən nəticə qeydə alına bilər. Xatırladaq ki, bu cütün qalibi 2-ci təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq.
MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью