Qarabağın rəqibi Kiyev Dinamosu ilə qarşılaşdı

13.01.2025

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqibi olan "FCSB" Antalyada (Türkiyə) qış təlim-məşq toplanışı çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.

QOL.az xəbər verir ki, Ruməniya klubu Kiyev “Dinamo”su ilə qarşılaşıb.

Oyun Ukrayna təmsilçisinin qələbəsi ilə başa çatıb – 2:1. Buxarestlilərin qolunu David Miçulesku (73) vurub, "Dİnamo"da isə Vitali Buyalskiy (20 və 27) dubl edib.

Xatırladaq ki, yanvarın 23-də  Tofiq Bəhramov adına Respublika stadionda keçiriləcək “Qarabağ” – "FCSB" oyunu saat 21:45-də başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью