“Qarabağ”ın rəqibi maliyyə probleminə görə 5 futbolçusunu transferə çıxardı

21.11.2024

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

UEFA Avropa Liqasının əsas mərhələsinin V turunda Bakıda "Qarabağ"ın qonağı olacaq Fransanın "Lion" klubu 5 futbolçusunu transferə çıxarıb.

"Unikal" Fransa mətbuatına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi maliyyə probleminə görə Səid Benrahma, Qift Orban, Ernest Nuama, Maksens Kakere və Sael Kembedini satmağa qərar verib.

Klub bu yolla həm borclarının bir qismini ödəməyə, həm də yüksək maaş yükündən azad olmağa çalışır.

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью