Qarabağın rəqibi məğlub oldu

22.11.2024

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qarabağ" Avropa Liqasındakı rəqibi FCSB Rumıniya çempionatında IV turdan təxirə salınmış oyunda uduzub. Sport24.az xəbər verir ki, Buxarest təmsilçisi səfərdə "Botoşani"yə məğlub olub.

Oyunun taleyini 1 qol həll edib. Meydan sahibləri 90+8-ci dəqiqədə qələbə topunu vurublar. Elias Xaralambousun komandası ölkə çempionatında təxminən 3 aydan sonra uduzub.

Qeyd edək ki, FCSB Avropa Liqasının V turunda noyabrın 24-də öz meydanında "Olimpiakos"la, "Qarabağ" isə "Lion"la qarşılaşacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью