futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi “Şelburn” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, İrlandiya təmsilçisi “Vest Hem”in əvəzedici komandasında çıxış edən Sin Muru transfer edib. Bu barədə klubun mətbuat xidməti məumat yayıb. 19 yaşlı cinah oyunçusu ilə uzunmüddətli müqavilə imzalanıb.
Mur İrlandiyanın U-21 yığmasının da üzvüdür.
“Qarabağ” ilk oyunda “Şelburn”a qalib gəlib – 3:0. Tərəflər arasında cavab oyunu iyulun 30-da Bakıda olacaq.