Qarabağın rəqibi onunla ayrıldı

31.12.2024

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

"Qarabağ"ın Avropa Liqasının əsas mərhələsindəki rəqibi Yunanıstanın "Olimpiakos" komandasında ayrılıq reallaşıb.

Metbuat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı tanınmış futbolçu Villian komandanı tərk edib. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Otuz altı yaşlı yarımmüdafiəçi bu mövsüm 11 matçda 1 qolla yadda qalıb.

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"la yanvarın 31-də Yunanıstanda üz-üzə gələcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью