“Qarabağ”ın rəqibi qalib gəldi

24.11.2024

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Avropa Liqasının əsas mərhələsində “Qarabağ”ın rəqibi olan “Elfsborq” yoldaşlıq oyunu keçirib.
“Football-plus.az” xəbər verir ki, “Yurqorden”lə qarşılaşan Oskar Hillemarkın rəhbərlik etdiyi kollektiv rəqibinə 3:0 qalib gəlib.
Xatırladaq ki, “Qarabağ” – “Elfsborq” matçı dekabrın 13-də “Buros Arena” stadionunda keçiriləcək və görüşə Bakı vaxtı ilə 00.00-da start veriləcək.
Hazırda İsveç klubu 4 xalla ümumi cədvəldə 24-cü, Ağdam təmsilçisi isə 3 xalla 29-cu pillədədi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью