“Qarabağ”ın rəqibi səfərdə məğlub oldu İdmanXəbər

22.11.2024

Idmanxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Qarabağ” ın Avropa Liqasının əsas mərhələsindəki rəqibi Rumıniyanın FKSB klubu ölkə çempionatında növbəti oyununu keçirib.

İdmanxeber.az xəbər verir ki, ölkə çempionatının 16-cı turunda paytaxt təmsilçisi səfərdə “Botoşani” ilə qarşılaşıb.

“Qarabağ”ın rəqibi “Botoşani”yə səfərdə  0:1 uduzub. FKSB hazırda 24 xalla altıncı pillədədir. Xatırladaq ki, “Qarabağ” – FKSB matçı 2025-ci il yanvarın 23-də keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью