“Qarabağ”ın rəqibi səfərdən sərfəli nəticə ilə qayıtdı

16.01.2025

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Olimpiakos” Yunanıstan Kubokunda 1/4 final mərhələsinin ilk oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, Pirey təmsilçisi səfərdə “Panatinaikos”la üz-üzə gəlib. Matç qollu bərabərliklə başa çatıb – 1:1.

“Panatinaikos”da Filip Yuriçiç, “Olimpiakos”da isə Roman Yaremçuk fərqlənib.

Komandalar arasındakı cavab görüşü fevralın 5-də olacaq.

“Qarabağ” “Olimpiakos” ilə yanvarın 30-da səfərdə qarşılaşacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью