“Qarabağ”ın rəqibi tanınmış futbolçu ilə vidalaşıb AZƏRTAC

30.12.2024

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 30 dekabr, AZƏRTAC

"Qarabağ"ın Avropa Liqasının əsas mərhələsindəki rəqibi Yunanıstanın "Olimpiakos" komandasında ayrılıq reallaşıb.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı tanınmış futbolçu Villian komandanı tərk edib. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Otuz altı yaşlı yarımmüdafiəçi bu mövsüm 11 matçda 1 qolla yadda qalıb.

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"la yanvarın 31-də Yunanıstanda üz-üzə gələcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью