“Qarabağ”ın rəqibində itki

08.10.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Napoli”nin futbolçusu Stanislav Lobotka zədələnib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi zədə səbəbindən 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Lobotka zədəsinə görə Slovakiya millisinin Şimali İrlandiya və Lüksemburqla oyunlarını buraxacaq.

“Qarabağ” “Napoli” ilə V turda noyabrın 26-da səfərdə qarşılaşacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью