“Qarabağ”ın rəqibində Ten Haq səsləri

04.10.2025

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən olan “Ayaks”da baş məşqçi COn Heytinqa ilə yollar ayrıla bilər.

Futbolpress.az xəbər verir ki, komandanın uğursuz çıxıı mütəxəssisin işini sual altına alıb. Bu barədə Niderland mətbuatı məlumat yayıb. Rəhbərlik artıq Heytinqanın əvəzinə axtarışlara başlayıb.

Posta əsas namizəd Erik ten Haqdır. Bu mövsüm “Bayer”ə baş məşqçi təyin edilən, Bundesliqada 2 tur sonra istefaya göndərilən mütəxəssis hazırda işsizdir.

Ten Haq2017-2022-ci illərdə “Ayaks”a rəhbərlik edib.

“Qarabağ” Çempionlar Liqasının VI turunda dekabrın 10-da “Ayaks”ı qəbul edəcək. Azərbaycan təmsilçisi 2 turdan sonra 6 xalla 6-cı sıradadır. “Ayaks” isə xalsızdır və 36 komanda arasında 35-cidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью