“Qarabağ”ın rəqibindən darmadağın

29.08.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki rəqiblərindən “Ayaks” Niderland çempionatında növbəti oyuna çıxıb.

Futbolress.az xəbər verir ki, Amsterdam təmsilçisi III turdan təxirə salınmış oyunda “Fortuna Sittard” ilə qarşılaşıb. Matç “Ayaks”ın darmadağını ilə başa çatıb.

“Ayaks” 5 turdan sonra 6 xalla turnir cədvəlində 7-ci sıradadır. Komandanın ehtiyatda daha iki oyunu var.

“Qarabağ” – “Ayaks” oyunu oktyabrın 24-də baş tutacaq.

Niderland Erediviziyası
III turdan təxirə salınmış oyun

Ayaks – Fortuna Sittard 5:0
Qollar: K.Teylor, 9, B.Traore, 24, Y.Bass, 58, D.Renş, 71, Ç.Akpom, 87

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью