“Qarabağ”ın rəqibindən səfər qələbəsi

03.12.2024

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rumıniya çempionatında 17-ci tura yekun vurulub. 

QOL.az xəbər verir ki, turun son oyununda UEFA Avropa Liqasında “Qarabağ”ın rəqiblərindən olan FCSB səfərdə “Otelul”la üz-üzə gəlib. Matç qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Bu qələbə sayəsində FCSB xallarının sayını 30-a çatdırmaqla turnir cədvəlində üçüncü pilləyə yüksəlib. Buxarest təmsilçisi lider ÇFR-dən cəmi 1 xal geri qalır. 

Qeyd edək ki, FCSB  "Qarabağ"la Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunda, gələn il yanvarın 23-də Bakıda qarşılaşacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью