“Qarabağ”ın rəqibindən xal itkisi

18.01.2025

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Rumıniya çempionatında 22-ci turun oyunları keçirilir. 

QOL.az xəbər verir ki, UEFA Avropa Liqasında “Qarabağ”ın rəqiblərindən olan FCSB səfərdə “FC Hermannştadt”la üz-üzə gəlib. Matç heç-heçə yekunlaşıb. 

13-cü dəqiqədə qapısında qol görən FCSB yalnız sona 4 dəqiqə qalmış Valentin Kretunun vurduğu qolla məğlubiyyətdən qaçıb - 1:1. 

Bu heç-heçədən sonra xallarının sayını 38-ə çatdıran FCSB turnir cədvəlində liderliyə yüksəlib. Lakin komandanın ən yaxın izləyiciləri - “Universitatya Kluj” (37 xal) və “Dinamo Buxarest” (36 xal) bir oyun az keçiriblər. 

Qeyd edək ki, FCSB  "Qarabağ"la Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunda, yanvarın 23-də Bakıda qarşılaşacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью