“Qarabağ”ın rəqibini tərk etdi

31.12.2024

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Villianın “Olimpiakos” macərası yalnız 3 ay sürüb.

Məşhur futbolçu “Qarabağ”ın Avropa Liqasındakı rəqibindən ayrılıb. İnsayder Fabritsio Romanonun məlumatına görə, tərəflər müqaviləyə qarşılıqlı şəkildə xitam veriblər. Braziliya yığmasının sabiq oyunçusu “Olimpiakos”la sentyabr ayında müddəti mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalamışdı. Villian komandada 11 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə edib.
Xatırladaq ki, 36 yaşlı yarımmüdafiəçi Avropada “Çelsi”, “Arsenal” və “Fulhem”də də çıxış edib.
Yeri gəlmişkən, “Qarabağ” yanvarın 31-də Avropa Liqasının əsas mərhələsinin 8-ci turunda “Olimpiakos”la Yunanıstanda qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью