“Qarabağ”ın rəqibinin düşərgəsində vəziyyət ciddiləşir Alonsu qayıdırmı?

24.01.2026

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qarabağ”ın rəqibinin düşərgəsində vəziyyət ciddiləşir - Alonsu qayıdırmı?

“Liverpul”un baş məşqçisi Arne Slotun komandadakı gələcəyi hələlik sual altında deyil

QOL.az İspaniyanın “AS” nəşrinə istinadla xəbər verir ki, buna baxmayaraq, komandanın qeyri-sabit çıxışı niderlandlı mütəxəssisin üzərindəki təzyiqi getdikcə artırır və Xabi Alonsonun adı “Enfild”lə daha tez-tez hallanmağa başlayır.

Çempionlar Liqasında Marseldə qazanılan son qələbəyə (3;0) baxmayaraq, “Liverpul” azarkeşlərinin öz komandalarını fitə basması vəziyyətin nə qədər ciddi olduğunu göstərir. 

Xüsusilə bu narazılıq Arne Slot üçün əlavə təzyiq yaradır. Premyer Liqada titul uğrunda mübarizənin çox erkən itirilməsi və Çempionlar Liqasında hələ də ilk 8-lik uğrunda mübarizə aparılması komandanın ümumi mənzərəsini ağırlaşdırır.

“Liverpul” Premyer Liqada ardıcıl 4 heç-heçə edib – “Lids”, “Fulhem”, “Arsenal” və “Bernli” ilə oyunlarda qələbə qazana bilməyib. Bu, klub üçün 2008-ci ildən bəri ilk belə seriyadır. Hazırda “qırmızılar” 36 xalla 4-cü yerdədir və ən yaxın izləyiciləri “Mançester Yunayted” (35 xal) və “Çelsi” (34 xal)la fərq minimaldır. 2026-cı ildə keçirilən 5 oyundan yalnız biri – İngiltərə Kubokunda “Barnsli”yə qarşı matç qələbə ilə başa çatıb.

“Bernli” ilə oyundan sonra “Enfild”də yaşanan etirazlara komandanın kapitanı Vircil van Deyk də münasibət bildirib və azarkeşlərin narazılığını başa düşdüyünü deyib. Arne Slot isə bunu fit yox, məyusluq kimi dəyərləndirib və azarkeşlərin hisslərini anladığını vurğulayıb.

Mətbuatda yazılanlara görə, “Real Madrid”in Xabi Alonsonu istefaya göndərməsi Arne Slot üçün vəziyyəti daha da çətinləşdirib. İspan mütəxəssisin adı “Liverpul” daxil olmaqla bir neçə böyük klubla hallanır. Xabi Alonso futbolçu kimi “Liverpul”da 5 mövsüm keçirib və “Enfild”lə güclü bağlara malikdir. Onun “Real”dakı qısa müddətli uğursuzluğu isə reputasiyasına ciddi zərər vurmayıb.

“The Athletic”in yazdığına görə, “Liverpul” hər növbəti xal itkisi ilə birlikdə Xabi Alonso ilə bağlı söz-söhbətlər daha da güclənəcək. Arne Slot bu müzakirələri yalnız nəticələrlə susdura bilər.

Hazırda əsas məqsəd Çempionlar Liqasında 1/8 finala yüksəlməkdir.
Bu səbəbdən Arne Slotun mövsümün sonuna qədər vəzifəsində qalacağı gözlənilir. Lakin gələn mövsüm üçün eyni şeyi demək çətindir. Klub daxilində belə bir fikir formalaşıb ki, Xabi Alonso gec-tez “evinə” – “Enfild”ə qayıda bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью