“Qarabağ”ın rəqibinin sabiq hücumçusu faciəvi şəkildə dünyasını dəyişdi

30.07.2026

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Bolqarıstanın “CSKA Sofiya” futbol komandasının sabiq hücumçusu Tassio Maya dus Santos faciəvi şəkildə həyatını itirib.

İdman.Biz “Globo Esporte”yə istinadən xəbər verir ki, hadisə Braziliyanın Rio-de-Janeyro şəhərində baş verib.

Güclü külək nəticəsində divar uçaraq 41 yaşlı sabiq futbolçunun üzərinə düşüb. Hadisə zamanı Tassio ilə birlikdə olan daha bir nəfər də həyatını itirib. Rio-de-Janeyroda küləyin sürəti saatda 90 kilometrdən çox olub.

Tassio 2019-cu ildə karyerasını Braziliyanın “Ferroviário” komandasında başa vurub.

Peşəkar karyerası ərzində bir sıra ölkələrdə çıxış edən hücumçu Bolqarıstanın “CSKA Sofiya” klubunda 11 oyunda meydana çıxıb və dörd qol vurub.

Qeyd edək ki, bu gün UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda Azərbaycan təmsilçisi “Qarabağ” Bolqarıstanda “CSKA Sofia”nın qonağı olacaq.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью