“Qarabağ”ın rəqibləri AL də: biri qələbə qazandı, biri uduzdu

18.08.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin III turuna start verilib.

Futbolpress.az xəbər verir ki, birinci oyun günündə iki qarşılaşma keçirilib. Türkiyənin “Qalatasaray” komandası azarkeşləri önündə İsveç “Elfsborq”unu məğlub edib.

Norveçin “Bodo Qlimt” komandası isə Portuqaliyada “Braqa”ya son dəqiqələrdə vurduğu qolla qalib gəlib.

“Qarabağ” bu turda sabah Bakıda “Ayaks”la qarşılaşacaq. Həm “Elfsborq”, həm də “Bodo-Qlimt” Azərbaycan təmsilçisinin rəqiblərindəndir.

UEFA Avropa Liqası
Liqa mərhələsi, III tur

23 oktyabr

Braqa (Portuqaliya) – Bodo-Qlimt (Norveç) 1:2
Qollar: S.Niakate, 64 – H.Evyen, 53, V.Nielsen, 90+4

Qalatasaray (Türkiyə) – Elfsborq (İsveç) 4:3
Qollar: M.İkardi, 28, İ.Petterson, 39 (avtoqol), B.Yılmaz, 44, Y.Akgün, 83 – N.Hult, 52, M.Baydo, 65 (pen.), J.Larsson, 90+2

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью