“Qarabağ”ın rəqibləri Arauxo ilə maraqlanır

13.10.2025

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Barselona”nın müdafiəçisi Ronald Arauxo İngiltərə Premyer Liqasının aparıcı klublarının maraq dairəsində qalır.

Apasport.az “Football Insider”-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçunun xidmətində həm “Liverpul”, həm də “Çelsi” maraqlıdır.

Hər iki klub Arauxonu 2026-cı ildə transfer etməyi planlaşdırır. Ancaq “Barselona”nın yaxın aylarda – xüsusilə də, yanvar pəncərəsində onu satmağa razı olacağı inandırıcı görünmür.

Uruqvaylı futbolçu ilə Kataloniya klubunun müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdir.

Arauxo Hans-Diter Flikin rəhbərliyi altında bu mövsüm “Barselona”nın heyətində 7 matçda meydana çıxıb və 1 qol vurub. Onu transfer etmək istəyən hər iki klub “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqibləridir.

Okan Buruk açıqladı: 2 həftə daha meydandan kənarda qalacaq Super Liqada yeni baş məşqçi Əfsanə üçlük yenidən bir araya gələ bilər Daha bir komanda dünya çempionatına vəsiqə qazanıb Türkiyə millisində intizam pozuntusu: Berke Özerə 1 ilədək cəza verilə bilər
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью