“Qarabağ”ın rəqibləri bəlli olub İdman və Biz

23.12.2024

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

“Qarabağ”ın qış hazırlıq planı müəyyənləşib.

İdman.biz xəbər verir ki, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.

Ağdam klubu 2024/25 mövsümünün ikinci yarısına hazırlığı Bakıda keçirəcək. Misli Premyer Liqasının XVIII turunun “Araz-Naxçıvan”la dekabrın 22-də baş tutan oyunundan (2:0) sonra istirahətə buraxılan Qurban Qurbanovun yetirmələri 2025-ci ilin yanvarın 3-də bir araya gələcəklər.

Komandanın hazırlıq prosesi “Azersun Arena”dakı təlim-məşq bazamızda baş tutacaq. Bakıdakı toplanış çərçivəsində iki yoxlama oyunu keçiriləcək. “Qarabağ” yanvarın 9-da “Kəpəz”, üç gün sonra “Zirə” ilə üz-üzə gələcək.

Qeyd edək ki, mövsümün ikinci yarısı yanvarın 17-19-da keçiriləcək XIX turun matçları ilə başlayacaq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью