“Qarabağ”ın sabiq futbolçusu klubsuz qaldı

07.07.2026

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Qarabağ”ın sabiq yarımmüdafiəçisi Yassin Benzia “Əl-Feyha”dan ayrılıb.

Moderator.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubu məlumat yayıb.

31 yaşlı yarımmüdafiəçinin başa çatan müqaviləsinin müddəti yenilənməyib. Bu səbəbdən əlcəzairli futbolçu komanda ilə yollarını ayırıb.

Qeyd edək ki, Yassin Benzia 2023-cü ilin yanvarından 2025-ci ilin yayınadək “Qarabağ”ın formasını geyinib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью