“Qarabağ”ın sabiq futbolçusundan çağırış “Bu son şansdır!”

19.01.2026

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

"Rəqibdə baş məşqçi istefaya göndərildi. Komanda son vaxtlar yaxşı günlərini yaşamır". Bu sözləri Sport24.az-a "Qarabağ"ın sabiq futbolçusu Əfran İsmayılov deyib.
37 yaşlı keçmiş yarımmüdafiəçi UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda keçiriləcək "Qarabağ" - "Ayntraxt" matçı ilə bağlı fikirlərini bölüşüb:
"Qarabağ" bu il yalnız yoxlama oyunları keçirib. Rəsmi qarşılaşmaya çıxmayıb. Bu isə Frankfurt təmsilçisi üçün üstünlükdür. "Ayntraxt"ın baş məşqçisinin göndərilməsi də onlar üçün üstünlükdar. Yeni gələn mütəxəssis daha aqressiv, istəkli olacaq. Komanda özünü göstərməyə çalışacaq".
İsmayılov Bakıdakı görüşün çətin keçəcəyini vurğulayıb:
"Amma bu oyun çox vacibdir. İnanıran ki, "Qarabağ" istədiyi nəticəni əldə edəcək. Komanda təlim-məşq toplanışını da yaxşı başa vurub. Layiqli qələbə qazanacaqlarına inanıram. Hamımız onlara dəstək oluruq. Futbolçular da bunun son şans olduğunu bilirlər. Mütləq qələbə qazanmaq lazımdır. Bundan sonra "Liverpul" səfəri olacaq. Mütləq qalib gəlməliyik ki, pley-off üçün şansımız qalsın".
Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" oyunu yanvarın 21-də keçiriləcək

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью