“Qarabağ”ın sabiq futbolçusunun yeni klubu açıqlandı

16.02.2025

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

“Qarabağ”ın sabiq futbolçusu Adama Diakabinin yeni klubu bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, fransalı hücumçu Rumıniyada çıxış edəcək. 

O, “Politexnika Yaşi”yə keçib. Bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, 28 yaşlı futbolçu 2023-2024-cü illərdə “Qarabağ”da oynayıb və 33 matçda 7 qol vurub. O, Ağdam təmsilçisini tərk edəndən sonra “Bandırmaspor”a (Türkiyə) keçsə də, orada möhkəmlənə bilməmişdi. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью